Noyabr ayının 25-də Dövlət Sərhəd Xidməti (DSX) rəhbərliyinin, xidmətin sərhəd nəzarətinin vəzifəli şəxslərinin və sərhəd nəzarəti məntəqələrinin rəislərinin iştirakı ilə dövlət sərhədindən buraxılış məntəqələrindəki vəziyyətlə əlaqədar xidməti müşavirə keçirilib.
Lent.az-a DSX-nın mətbuat xidmətindən verilən məlumata görə, müşavirədə Sərhəd Nəzarətinin “Şıxlı” sərhəd nəzarəti məntəqəsinin rəisi polkovnik-leytenant Gündüz Qafarov xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə vəzifəsindən kənarlaşdırılıb.
Dövlət sərhədindən buraxılış məntəqələrində etik davranış qaydalarının və vətəndaşların hüquqlarının pozulması, onlara qarşı kobudluq edilməsi, korrupsiya hallarına və xidməti pozuntulara qarşı ciddi mübarizə aparılması, təkcə cari il ərzində xidmətlərində yol verdikləri nöqsanlara görə 55 hərbi qulluqçunun sərhəd nəzarəti sahəsindən kənarlaşdırılması qeyd edilib.